BAKI, 27 noyabr. TELEQRAF

İsrailin MOSSAD kəşfiyyat xidmətinin rəhbəri Roman Hoffman Tehranın kimyəvi silah proqramı ilə bağlı narahatlıqlar səbəbindən, zərurət yaranarsa, ABŞ-nin iştirakı olmadan İrana zərbələrin endirilməsini dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrail ABŞ Konqresinin yeni tərkibinin yanvarın əvvəlində fəaliyyətə başlamasına qədər olan müddəti İrana qarşı hərbi əməliyyat üçün fürsət pəncərəsi hesab edir.

Hoffman da hesab edir ki, gecikmə İrana kimyəvi silah proqramı ilə bağlı imkanlarını inkişaf etdirmək üçün vaxt qazandıra və bu, təhlükəyə qarşı mübarizəni çətinləşdirə bilər.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir əksinə, bu təhlükə ilə bağlı narahatlıqlara baxmayaraq, riskin hələlik təcili xarakter daşımadığını düşünür. O, ABŞ Prezidenti Donald Trampın razılığını almaq və Amerika ilə birgə əməliyyat keçirmək üçün gözləməyə üstünlük verir.