BAKI, 27 noyabr. TELEQRAF

Estoniya energetika və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.