BAKI, 27 noyabr. TELEQRAF
Estoniyadan daha çox tələbənin Azərbaycana gəlməsini istərdik.
Teleqraf xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir təhsil əlaqələrinə toxunaraq daha çox azərbaycanlı tələbənin Estoniyanın ali təhsil müəssisələrində oxumasını arzuladıqlarını bildirib.
O, estoniyalı gənclərin də Azərbaycana səfərlərinin artmasını istədiklərini qeyd edib.
M. Tsaxna iki ölkə arasında uzun illərə söykənən dostluq münasibətlərinin olduğunu vurğulayıb.
O, Azərbaycana hər səfərində özünü evindəki kimi hiss etdiyini deyərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.