BAKI, 6 avqust. TELEQRAF

ABŞ-nin bir neçə ştatında qeydə alınan salmonellyoz infeksiyasının mümkün mənbəyinin Meksikadan idxal edilən halapenyo bibəri olduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) məlumat yayıb.

Məlumata görə, iyunun sonundan bəri ölkənin 27 ştatında 345 yoluxma halı qeydə alınıb. Onlardan 36 nəfər xəstəxanaya yerləşdirilib.

Qurumun açıqlamasında bildirilir ki, Meksikanın Sinaloa ştatından gətirilərək Coast Citrus Distributors şirkəti tərəfindən paylanan halapenyo bibərləri Salmonella Javiana bakteriyası ilə çirklənmiş ola bilər və yoluxmalara səbəb olduğu ehtimal edilir.

Araşdırma zamanı müəyyən edilib ki, sorğu keçirilən xəstələrin əksəriyyəti səhhətləri pisləşməzdən əvvəl Meksika mətbəxi təqdim olunan restoranlarda qidalanıblar.