BAKI, 30 iyul. TELEQRAF
ABŞ-nin iyulun 30-na keçən gecə İrana etdiyi son hücumlar böyük müharibənin başlanması demək deyil.
Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilib ki, bu dəfəki hücum əvvəlkilərdən daha ağır və güclü olub. Lakin ABŞ rəsmiləri bunun böyük bir savaşa hazırlıq olmadığını, sadəcə hədəflərin vurulduğunu bildiriblər.
Xatırladaq ki, ABŞ ordusu İranda onlarla hərbi obyekti - raket və dronların saxlandığı yerləri, həmçinin komanda mərkəzlərini vurub.