BAKI, 1 avqust. TELEQRAF
Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir:
"Biz bu prosesləri tənzimləməliyik, amma dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur".