BAKI, 6 avqust. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.

***

08:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksəkvəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.