BAKI, 6 avqust. TELEQRAF
Filippinin Saranqani əyaləti sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri sahildən 32 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə hələlik məlumat verilməyib.