BAKI, 6 avqust. TELEQRAF
Yaponiyanın cənub-qərbində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Kumamoto prefekturası yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə məlumat yoxdur.
Həmçinin sunami təhlükəsi elan edilməyib.