BAKI, 1 avqust. TELEQRAF
ABŞ NATO daxilində Ukraynaya hərbi yardımları tənzimləyən qrupun rəhbərliyini alyansın başqa üzvünə təhvil vermək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, rəhbərliyin başqa ölkəyə keçməsi prosesi təxminən bir il çəkəcək, lakin bu müddətdə Kiyevə kömək dayanmayacaq.
Qrupa məhz hansı ölkənin rəhbərlik edəcəyi hələlik məlum deyil.