AĞSTAFA, 6 avqust. TELEQRAF
Ağstafada mübahisə nəticəsində bir nəfər bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən geyim mağazasında baş verib.
İlkin məlumata görə, mağaza sahiblərindən biri müştəri ilə mübahisə edib. Daha sonra mübahisə elə mağazanın daxilində bıçaqla nəticələnib.
Mağaza sahibi Rəşad Hacıyev 1991- ci il təvəllüdlü Babək Hüseynovu ürək nahiyyəsindən bıçaqlayıb.
Yaralı Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağstafa Polis Şöbəsində araşdırma başlanılıb.