BAKI, 1 avqust. TELEQRAF

Məşhur amerikalı iş adamı İlon Mask Avropa və Qərb ölkələrinin əhalisinin azalaraq yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

Teleqraf xəbər verir ki, milyarder bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

İ.Mask qeyd edib ki, hazırda Avropa İttifaqına daxil olan 27 ölkənin 21-də ölənlərin sayı doğulan uşaqların sayından daha çoxdur:

"Bu ölkələrin əhalisi yoxa çıxmağa doğru gedir".