BAKI, 6 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası mikroçiplərin və günəş panellərinin istehsalında istifadə olunan polikristal silisiumun idxalına gömrük rüsumları tətbiq etməyi, həmçinin bu məhsul üçün minimum idxal qiymətləri müəyyən etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ hakimiyyəti bu qərarı artıq avqustun 6-da elan edə bilər. Məqsəd polikristal silisiumun və ondan hazırlanan məhsulların ölkə daxilində istehsalını stimullaşdırmaqdır.
Agentliyin yazdığına görə, administrasiya polikristal silisiuma, eləcə də günəş panellərinin istehsalında istifadə olunan müxtəlif avadanlıqlara 15 faiz gömrük rüsumunun tətbiqini və həmin məhsullar üçün minimum idxal qiymətlərinin müəyyən edilməsini müzakirə edib.