GƏNCƏ, 6 avqust. TELEQRAF
Bu gecə Gəncə şəhərində 43 yaşlı Azər Yusifovun ölümü və daha üç nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın bəzi təfərrüatları bilinib.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, dava şəhərdəki "Günəş" restoranında baş verib. Tanışlar restoranda yeyib-içdikdən sonra mübahisə ediblər.
A.Yusifov mübahisə edən şəxsləri ayırmaq istəyərkən bıçaqlanıb. O, hadisə yerində vəfat edib.
Dava zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və Azamat Peşerskiy bıçaqlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Mərhum Azər Yusifov
***
09:16
Kütləvi dava zamanı qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
***
05:13
Gəncədə kütləvi dava ölümlə nəticələnib.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.
Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.