BAKI, 1 avqust. TELEQRAF

Kolumbiyanın şimal-şərqindəki Kukuta şəhərində yük maşını partladılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Blu Radio" məlumat yayıb.

Hadisə polis bölməsinin yaxınlığında baş verib. Partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb, yaralananlardan 7-si polis əməkdaşıdır.

Təhlükəsizlik məqsədilə həmin əraziyə giriş bağlanıb, araşdırma aparılır.