BAKI, 6 avqust. TELEQRAF
Hörmüz boğazından keçən tankerin kapitanı marşrut zamanı iki partlayış səsinin eşidildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə RIA Novosti Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Məlumata görə, insident Omanın Kumzar bölgəsindən cənub-şərq istiqamətində təxminən doqquz dəniz mili məsafəsində baş verib.
Tankerin kapitanı iki partlayış səsi eşitdiyini bildirsə də, ekipaj üzvlərinin təhlükəsiz olduğu və xəsarət almadığı qeyd olunub.
UKMTO hadisə ilə bağlı monitorinqin davam etdirildiyini bildirib.
Xatırladaq ki, daha əvvəl də Yəmən sahilləri yaxınlığında tankerin yaxınlığında partlayış baş verdiyi, lakin həmin hadisədə də ekipajın zərər görmədiyi açıqlanmışdı.