BAKI, 5 avqust. TELEQRAF
"Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunmuş şəkildə təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycarda səfərdə olan Türkiyə KİV nümayəndələri ilə maraqlı görüşümüz oldu. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgenin 5 avqust 2026-cı il tarixli yazısında mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənim adımdan verilən bir sıra ifadələr həqiqəti əks etdirmir”, – H.Hacıyev bildirib.
O vurğulayıb ki, Azərbaycan milli maraqlarını əsas tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.