BAKI, 11 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə istifadəçilərindən birinin dövlət katibi Marko Rubionun Kuba prezidenti təyin olunması barədə ideyasına müsbət reaksiya verib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" platformasındakı hesabında yazıb.
Belə ki, "X" sosial şəbəkəsinin istifadəçilərindən biri paylaşımında Marko Rubionun Kubanın növbəti prezidenti olacağını iddia edib.
Donald Tramp isə həmin paylaşıma şərh verərək istifadəçinin fikrini dəstəkləyib:
"Məncə, əla səslənir!"