BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallini daşıyan Sahil Mühafizəsinə məxsus təyyarə mühərriklərdən birində yaranan nasazlıq səbəbindən Vaşinqton yaxınlığında məcburi eniş edib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, təyyarənin sağ mühərriki sıradan çıxıb. Pilot fövqəladə vəziyyət elan etdikdən sonra hava gəmisini Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanına təhlükəsiz endirib. Təyyarədə 14 nəfər olub.
“ABŞ Sahil Mühafizəsinin pilotları bir mühərriklə enişi adi hal kimi göstərdilər. Heç bir panika yox idi, yalnız peşəkarlıq”, - Mallin bildirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.