BAKI, 10 sentyabr. TELEQRAF

Gəncə şəhərində 16 yaşlı yeniyetmənin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Teleqraf xəbər verir ki, sentyabrın 9-da Gəncə şəhəri ərazisində Cəfərov Nihad Ramil oğlu ilə Bayramov Ruzi Elvin oğlu arasında mübahisə baş verib.

Mübahisə zamanı N.Cəfərov üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla, ona qəsdən sağlamlığa ağır zərər vurub.

Cinayəti törədən şəxs saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

***

22:16

GƏNCƏ, 9 sentyabr. TELEQRAF

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.

2010-cu il təvəllüdlü R.Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.