BAKI, 5 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Karakasda səfirlik açmaq imkanını nəzərdən keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, ABŞ lideri həmçinin qeyd edib ki, Amerika neft şirkətləri Venesuelada fəaliyyət göstərməkdə maraqlıdır.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Venesuelanın neft infrastrukturuna nəzarət və onun qorunması ilə bağlı addımlar atılacağını bəyan etmişdi.