BAKI, 4 yanvar. TELEQRAF

BMT Trampın Venesuelanı idarə etmək planlarından ciddi narahatdır.

Teleqraf xəbər verir ki, BMT-nin Venesuela üzrə müstəqil beynəlxalq faktaraşdırıcı missiyasının ekspertləri ABŞ hakimiyyətinin Bolivar Respublikasını idarə etmək niyyəti ilə bağlı açıqlamalarından dərin narahatlıq ifadə ediblər.

Birləşmiş Millətlər Təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və prezident Nikolas Maduronun saxlanılmasından sonra ölkədə qeyri-sabitlik daha da artıb. Bu fonda yaxın günlərdə və həftələrdə ciddi insan hüquqları pozuntularının baş verməsi riski mövcuddur.

Bəyanatda vurğulanır ki, xüsusilə ABŞ hökumətinin yaxın gələcəkdə Venesuelanı idarə etmək niyyəti barədə səsləndirdiyi fikirlər və Venesuela hakimiyyətinin fövqəladə vəziyyət elan etməsi vəziyyəti daha da təhlükəli edir.

Missiyanın ekspertlərindən biri bildirib ki, Maduronun hakimiyyəti dövründə insan hüquqlarının pozulması ilə bağlı iddialar mövcud olsa belə, bu hallar ABŞ-nin hərbi müdaxiləsinə haqq qazandırmır və belə addımlar beynəlxalq hüququ pozur.