BAKI, 4 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında Vaşinqtonun Ukrayna münaqişəsindən maliyyə baxımından zərər görmədiyini, əksinə, qazanc əldə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, ABŞ NATO ölkələrinə böyük həcmdə silah-sursat satır və həmin vasitələr daha sonra Kiyev rejiminə ötürülür.
“Biz onlara (NATO-ya red.) çoxlu döyüş sursatı göndəririk. Raketlər və başqa çoxlu avadanlıqlar veririk, onlar isə bunun qarşılığını ödəyirlər. ABŞ pul itirmir. Ola bilsin ki, biz bundan qazanc da götürürük”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-nin sabiq prezidenti Co Baydenin siyasətini sərt tənqid edərək, Ukraynaya dəstək məqsədilə həddindən artıq büdcə xərcləri ayırdığına görə onu “ağılsız” adlandırmışdı.