BAKI, 3 yanvar. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro Venesuela ilə sərhəddə hərbi qüvvələrin yerləşdirilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, bu qərar ABŞ-nin Venesuelaya endirdiyi hava zərbələrindən sonra qəbul edilib. Kolumbiya Prezidenti Qustavo Petro Vaşinqtonun addımlarını Latın Amerikasının suverenliyinə hücum kimi qiymətləndirib.
O bildirib ki, ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatları regionda ciddi humanitar böhrana yol aça bilər.