BAKI, 3 yanvar. TELEQRAF

"Venesuela xarici qoşunların ölkəyə daxil olmasına müqavimət göstərəcək".

Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino videomüraciətdə bildirib.

Nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirildiyini və ölkədən çıxarıldığını açıqlasa da, Venesuela ordusu xarici hərbi qüvvələrin ölkə ərazisində mövcudluğunu qəbul etməyəcək.

Vladimir Padrinonun sözlərinə görə, ABŞ-nin səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində mülki ərazilər də hədəfə alınıb. Hazırda ölən və yaralananlarla bağlı məlumatların toplanması davam edir.

Nazir vurğulayıb ki, Venesuela suverenliyini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək.