BAKI, 3 yanvar. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş verən hücumlarla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi barədə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.
Fərmana əsasən, fövqəladə vəziyyət ölkə daxilində asayişin qorunması və respublika institutlarının fəaliyyətinin təmin edilməsi məqsədilə elan edilib.