ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün ölkənin müdafiə büdcəsini imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. ABŞ-nin müdafiə büdcəsinin ümumi həcmi 900 milyard dollar təşkil edir.
Məlumata əsasən, büdcədə Ukraynaya silah tədarükü üçün 400 milyon dollar vəsait də nəzərdə tutulub.
Qeyd edək ki, Donald Trampın Ukrayna üçün 400 milyon dollar həcmində vəsaiti əhatə edən müdafiə büdcəsini imzalayacağı barədə məlumat dekabrın 18-də yayılmışdı.