Rəhim Xoyski

Liberal Düşüncə Dərnəyinin təsisçilərindən biri


İranın son illərdə apardığı məzhəbçi siyasəti, bölgə ölkələrinin daxili balansına təsir edəcək şəkildə nüfuzunu artırma səyləri, İslam dünyasındakı imicinin böyük ölçüdə pozulmasına səbəb olub. Amerikanın ağır sanksiyalarına məruz qaldığı dövrdə “zərər çəkmiş” ölkə görüntüsüylə Ərəb dünyasında və ümumiyyətlə İslam coğrafiyasında simpatiyayla baxılan İrana istiqamətli baxışların pozulmasında, Tehran rejiminin Suriyada Əsəd rejiminə verdiyi hərbi, siyasi və iqtisadi dəstək və bu məqsədlə Rusiya ilə etdiyi hərbi ittifaq əsas rol oynadı.
Əl-Cəzirə Araşdırma Mərkəzində 2015-ci ildə Ərəb intellektuallarının, İranın bölgədəki rolu və qarşılıqlı əlaqələrin seyriylə əlaqədar meyllərini araşdıran sorğu keçirmişdi.

Sorğu nəticələri, İran-Ərəb əlaqələrinin içində olduğu böhranın nə qədər dərin olduğunu ortaya qoymuşdu. Sorğu nəticələrinə görə, iştirakçıların 89 faizi İran-Ərəb siyasi əlaqələrinin “pis” olduğu, 9 faizi isə “yaxşı” olduğu, 3 faizlik kəsim isə bu mövzuda görüş ifadə etməyi, ya da cavab verməyi rədd etmişdi. İctimai, mədəni, iqtisadi və təhlükəsizlik sahəsindəki əlaqələr mövzusunda da buna yaxın nəticələr ortaya çıxmışdı. Əlaqələrin gələcəyinə bağlı araşdırmada isə Ərəb intellektuallarının əksəriyyəti, önümüzdəki 5 il ərzində İran-Ərəb əlaqələrində bir yaxşılaşma olmasını gözləmədiyini ifadə etmişdi.

Bu sorğu İran mətbuatında geniş yer tapmışdı, lakin diqqət çəkən məqam o idi ki, İran mətbuatının bəziləri üzərinə sıxlaşması və xüsusilə “Ərəb ölkələrinin daxili işlərinə müdaxilə və Ərəb inqilablarına qarşı sərgilənən rəftarla” əlaqədar məsələləri görməzlikdən gəlməsi olmuşdu.

Sorğudan bu nəticələri çıxarmağın mümkün olduğunu düşünürəm:

Sorğuya qatılanların çoxunda mənfi bir İran imici hakimdir, bunun arxasında duran təməl səbəb də İranın qonşu Ərəb ölkələrinə qarşı apardığı siyasətdir. İranın, başda Suriya və Yəmən olmaqla Ərəb inqilablarına sərgilədiyi rəftar Ərəb xalqlarının baxışında böyük bir dəyişiklik meydana gətirdi. İranın Suriyada Bəşər Əsəd rejiminə arxa çıxması, Yəməndə Husi hərəkatına yeni bir şəxsiyyət qazandırması və onu özünə bağlı bir quruluş olaraq yenidən təsvir etməsi, Həmas və İslami Cihadı ona qarşı göstərdikləri rəftardan ötəri cəzalandırması və bu qruplara istiqamətli dəstəyini kəsməsi, Ərəb xalqlarının baxışında İran imicini dəyişdirdi. İranın Suriyadakı siyasəti və Ərəb inqilablarına qarşı sərgilədiyi mövqe, bu mənfi imicin meydana gəlməsinin əhəmiyyətli səbəbləri arasında iştirak edir.

İran yaxın bir zamana qədər Fələstin məsələsini öz lehinə müvəffəqiyyətli bir şəkildə istifadə etdi. Lakin İran rejiminin Suriya siyasəti, Tehranın boynuna götürdüyü bu rola doğrudan zərbə endirdi. Bu səbəblə Ərəb dünyası intellektuallarının böyük qisminin baxışında “İranın Fələstin məsələsini öz mənafeyinə görə istifadə etdiyi və Fələstinlə əlaqədar ifadələrinin heç bir həqiqət payı olmadığı” istiqamətində fikir formalaşdırdı.
İran-Ərəb əlaqələrində yaşanan gərginliyin nəticəsində su üzünə çıxan bir başqa məsələni “İran modeli” başlığında araşdırmaq mümkündür. Sorğuda iştirak edənlərin çoxu artıq nümunə götürüləcək bir İran modeli olmadığını düşünür. Bu da İran rejiminin uzun zamandır bu sahədə etdiyi təbliğatın və reklamın müvəffəqiyyətsiz olduğu mənasını verir.

Nəticə olaraq bu deyə bilərik ki, İran rejiminin bölgə ölkələriylə quruluşçu əməkdaşlığından bəhs etməsi və bunu xarici siyasətinin prioriteti olaraq təqdim etməsi, Ərəblər tərəfindən fərqli qarşılanır. Ərəblər artıq İran İslam Respublikasının bölgədəki strateji fəaliyyətlərinə qarşı qoyulması üçün bir yol tapılmasının lazım olduğuna inanır.

Ərəblərin İrana qarşı sərgilədiyi düşməncə baxış özünü bir çox vəsiləylə xaricə vurdu. Bunlardan biri WikiLeaks sənədlərinin ortaya qoyduğu kimi ərəblərin “ilanın başının kəsilməsi” yönündəki istəkləri idi. İran isə Körfəz ölkələrindəki ərəblərə “Onlar Qərb və Amerikanın xidmətçisidir” şəklindəki alçaldıcı baxışını hər vəsiləylə göstərir. Qısası, İran molla rejiminin bu siyasəti nəinki özlərini, siravi vətəndaşları da təhlükəyə aparır.