BAKI, 20 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2032-ci ilə qədər vəzifəsində qala biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısındakı çıxışında deyib:

"Mən burada bir də 2028-ci ildə, bəlkə də 2032-ci ildə olacağam. Bilmirəm. Bəlkə də olacağam".

Qanuna görə, Trampın prezidentliyinin ikinci müddəti 2029-cu ilin yanvarında başa çatır.