BAKI, 21 may. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nimitz” aviadaşıyıcı zərbə qrupu Karib dənizinə daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, “Nimitz” aviadaşıyıcı qrupu dünyanın müxtəlif bölgələrində döyüş gücünü sübut edib.

“Karib dənizinə xoş gəlmisən, “Nimitz” aviadaşıyıcı zərbə qrupu!” - paylaşımda deyilir.

Bundan əvvəl Kuba hökuməti ABŞ-nin Raul Kastro ilə bağlı ittihamlarını “alçaq və biabırçı siyasi təxribat” adlandırmışdı.