BAKI, 21 may. TELEQRAF

UEFA Avropa Liqasında mövsümün qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, final matçında “Aston Villa” ilə “Frayburq” üz-üzə gəlib.

Həlledici qarşılaşmada İngiltərə təmsilçisi rəqibini İstanbulda 3:0 hesabı ilə məğlub edib. Bununla da “Aston Villa” Avropa Liqasının qalibi adını qazanıb.

“Aston Villa”ya kuboku gətirən qolları 41-ci dəqiqədə Yuri Tilemans, 45-ci dəqiqədə Emiliano Buendia və 58-ci dəqiqədə Morqan Rocers vurublar.

“Frayburq” isə finala qədər irəliləsə də, həlledici oyunda İngiltərə klubuna uduzaraq turniri ikinci pillədə başa vurub.

Beləliklə, "Aston Villa" 30 ildən sonra ilk dəfə kubok qazanıb.