BAKI, 21 may. TELEQRAF

Donald Tramp bildirib ki, Vaşinqton Kubaya qarşı blokadanın davam etdirilməsi ilə bağlı planlarını yaxın vaxtlarda açıqlayacaq.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərin Vaşinqtonun Kubaya qarşı blokadanı nə qədər davam etdirməyi planlaşdırdığına dair sualını cavablandırarkən danışıb.

“Baxarıq, bunu kifayət qədər tez açıqlayacağıq”, - deyə Tramp bildirib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nimitz” aviadaşıyıcı zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlamışdı.