BAKI, 20 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub.
Görüşdə Prezident Ərdoğan münaqişə zonasında atəşkəsin uzadılması qərarını inkişaf kimi qiymətləndirib, mübahisəli məsələlərin ağlabatan həllinin mümkün olduğuna inandığını bildirib.
Prezident Ərdoğan Suriyada sabitliyin bərqərar olmasının bütün region üçün əhəmiyyətli qazanc olduğunu qeyd edərək, Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini və Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görülməli olduğunu bildirib.
Prezident Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini və Zirvə Görüşünün hər cəhətdən uğurlu olmasını təmin etmək üçün əllərindən gələni etdiklərini deyib.