BAKI, 21 may. TELEQRAF
Hər il yüz minlərlə dolları lüks yaxtalara xərcləyən Hollivud aktyoru Leonardo Di Kaprio Fransanın cənubuna səyahəti zamanı ofisianta 50 min avro çaypulu verib.
Teleqraf xəbər verir ki, bu barədə televiziya aparıcısı Benjamin Kastaldi açıqlayıb. O, olayın şəxsən şahidi olduğunu və DiKaprionun hərəkətinin restoranın bütün işçilərini şoka saldığını bildirib.
Məlumata görə, Leonardo DiKaprionun səxavəti qarşısında ofisiantin gözlərindən yaş axıb.
"Masada 15 nəfər var idi. DiKaprio heç bir bank adı və ya şəxsi məlumatı olmayan, təmiz ağ bank kartı ilə ödəniş edib" - məlumatda bildirilir.