BAKI, 20 may. TELEQRAF

ABŞ Pakistanın vasitəsilə Tehranın 14 bəndlik razılaşma təklifinə cavab olaraq yeni mətn göndərib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran hazırda təqdim olunan sənədi nəzərdən keçirir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran və ABŞ münaqişənin nizamlanması ilə bağlı Tehran tərəfindən təqdim olunan təklif əsasında mesaj mübadiləsini davam etdirir.

Bəqai qeyd edib ki, tərəflər arasında danışıqlar İranın 14 bənddən ibarət təklif mətni əsasında aparılır.