BAKI, 20 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki mitinqi zamanı Çiçəklənən Ermənistan Partiyasından deputatlığa namizəd Andranik Tevanyanı xəyanətdə ittiham edib.

Teleqraf xəbər verir ki, Baş nazir çıxışıpnda bildirib: "Bilirsiniz ki, müxalifətin siyahısında Andranik Tevanyan adlı ikinci şəxs var. Sabah Milli Təhlükəsizlik Xidmətinin müəyyən edilmiş prosedurlara uyğun olaraq, Tevanyana qarşı xəyanət maddəsi ilə cinayət işi açılacağını gözləyirik".

Paşinyan həmçinin iddia edib ki, Ermənistanda casus şəbəkəsi fəaliyyət göstərir.

Daha əvvəl Paşinyan dövlətin Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyana məxsus zavodu milliləşdirəcəyini açıqlamışdı. O, əvvəllər rusiyalı iş adamı Samvel Karapetyana məxsus Ermənistan Elektrik Şəbəkələri şirkəti ilə edildiyi kimi, zavoda da müvəqqəti menecer təyin ediləcəyini bildirmişdi. Paşinyanın açıqlamasından sonra prokurorluq zavodun özəlləşdirilməsi zamanı qanun pozuntuları aşkar etdiyini açıqlayıb.