BAKI, 20 may. TELEQRAF
Belçika İsrailin saxladığı Beynəlxalq Sumud Donanmasının fəallarına qarşı pis rəftarının qəbuledilməz olduğunu bildirib və İsrail səfirini izahat üçün çağıracağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Belçika XİN İsrail milli təhlükəsizlik naziri Ben-Qvirin Sumud donanmasının iştirakçılarına qarşı davranışını pisləyib.
Daha əvvəl Ben-Qvir Fələstin tərəfdarı olan fəalların saxlanılmasının videosunu yayımlamışdı. Görüntülərdə İsrail təhlükəsizlik qüvvələrinin onlara alçaldıcı rəftar etdiyi görünür. Videoda saxlanılan şəxslərin diz çökdürüldüyü, əlləri bağlı, başları yerə dəydiyi və silahlı sərhədçilərin nəzarəti altında İsrail himnini dinləməyə məcbur edildiyi göstərilir. İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik nazirini videonu yayımladığına görə tənqid edib.