BAKI, 20 may. TELEQRAF
ABŞ hökuməti tərəfindən Kuba inqilabının liderlərindən biri olan Raul Kastroya qarşı irəli sürülən uydurma ittihamların heç bir hüquqi əsası yoxdur və Vaşinqtonun Kubaya qarşı mümkün hərbi təcavüzünə haqq qazandırmaq məqsədi daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel bildirib.
"Bu, heç bir hüquqi əsası olmayan, yalnız uydurduqları işi gücləndirməyə yönəlmiş, Kubaya qarşı hərbi təcavüzü haqlı çıxarmaq üçün hazırlanmış siyasi oyundur. ABŞ hökumətinin ordu generalı Raul Kastro Ruza qarşı yeni elan etdiyi uydurma ittiham, Kuba İnqilabının sarsılmaz qətiyyətinin, rəhbərliyinin birliyinin və mənəvi gücünün imperiya nümayəndələrinə aşıladığı təkəbbür və çaşqınlığı nümayiş etdirir" - Dias-Kanel qeyd edib.
Kuba Prezident əlavə edib ki, ABŞ 1996-cı ildə narko-terror təşkilatı olan "Qurtuluş qardaşları"nın təyyarələrinin qəzaya uğraması barədə yalan danışır və hadisələri manipulyasiya edir: "Onlar çox yaxşı bilirlər ki, kifayət qədər sənədli dəlillər var, çünki bunlar ehtiyatsız hərəkətlər və ya beynəlxalq hüququn pozulması deyildi. Ordu generalı Raul Kastroya qarşı irəli sürülən hər hansı böhtan qəbuleilməzdir. Bir partizan lideri və dövlət xadimi kimi o, xalqının sevgisini, eləcə də regiondakı və dünyanın digər liderlərinin hörmətini və heyranlığını qazanıb. Bu dəyərlər onun qəhrəmanlıq statusunu aşağı salmaq üçün absurd cəhdlərə qarşı ən yaxşı müdafiəsi və mənəvi qalxanı olub".