BAKI, 20 may. TELEQRAF

ABŞ-İran danışıqları ilə bağlı müsbət xəbərlər neft qiymətlərinin təxminən 5,5 faiz aşağı düşməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, Brent markalı neftin fyuçersləri bu gün saat 20:26-ya olan məlumata görə, dünənki bağlanışla müqayisədə təxminən 5,5 faiz azalaraq bir barel üçün 105,93 dollardan satılıb.

Qərbi Texas Intermediate (WTI) xam neftinin qiyməti də 4,85 faiz azalaraq bir barel üçün 99,32 dollara düşüb.

Qiymətlərin azalmasına ABŞ-İran danışıqları ilə bağlı müsbət xəbər axını təsir göstərib və bu da bazarlarda təkliflə bağlı narahatlıqları azaldıb.