BAKI, 20 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtonun düşmən hesab etdiyi dövlətlərlə müdafiə əməkdaşlığından narazılığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp Ağ Evin saytında dərc olunmuş açıqlamasında bildirib: "Mənim öhdəliyim sarsılmazdır: Amerika cəmi 90 mil uzaqlıqda yerləşən bir yaramaz dövlətin düşmən xarici hərbi qüvvələrə, kəşfiyyat və terror əməliyyatlarına ev sahibliyi etməsinə dözməyəcək və Kuba xalqının 100 il öncə uğrunda mübarizə apardığı azadlığı bərpa edənə qədər sakitləşməyəcəyik".