BAKI, 1 may. TELEQRAF
“Biz müharibəni alqışlamırıq, amma ondan da qorxmuruq, ləyaqətimizə təhlükə yaranarsa, bunun üçün mübarizə aparacağıq”.
Teleqraf xəbər verir ki, bunu İranın məhkəmə sisteminin rəisi Qulamrza Mohseni-Ejei deyib.
“İran danışıqlardan imtina etmir, amma məcburi tədbirləri qəbul etmir. Düşmən təhdid və təcavüz yolu ilə məqsədlərinə çatmayıb, danışıqlarda da zorla özünü qəbul etdirə bilmir”, - o vurğulayıb.