BAKI, 5 noyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elektron müharibə bölməsi ABŞ ordusunun iki LUCAS dronunu vurub.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuata açıqlamasında bildirilib.
“SEPAH Hərbi Dəniz Qüvvələrinin elektron müharibə bölməsi düşmənin iki LUCAS dronunu nəzarətə götürərək uğurla məhv edib”, - məlumatda qeyd olunub.
Əlavə məlumat verilməyib.