BAKI, 3 noyabr. TELEQRAF
“İranın ABŞ-nin istənilən yanlış hesablamasına qarşı hərbi və strateji cavabı proqnozlaşdırılmaz olacaq və coğrafi məhdudiyyət tanımayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“Artıq Ali Baş Komandanımız (Müctəba Xamenei) düşmənin mümkün hücumuna qarşı hərbi strategiyamızı müəyyən edib”, - spiker bildirib.
Qalibaf həmçinin milli birliyin qorunmasını mümkün gələcək müharibədə İranın “ən güclü silahı” və “ən təsirli çəkindirmə amili” kimi xarakterizə edib.