BAKI, 5 noyabr. TELEQRAF
“Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Əl-Moka şəhərində yerləşən BMT-yə məxsus kompleksdən Bab əl-Məndəb boğazı istiqamətində beş raket atıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı yerli mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Yəmənin hökumət qüvvələri Əl-Muqeyrişə bölgəsində husilərin irəliləməsinin qarşısını alıb, Mərib vilayətində isə bu qruplaşmanın qüvvələrini təqib ediblər.
Məlumatda raketlərin hansı hədəfə yönəldiyi və atəşin nəticələri barədə təfərrüatlar açıqlanmayıb.