BAKI, 3 noyabr. TELEQRAF
“Məkkə Müdafiə İttifaqının qurulması Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında etimadı, əməkdaşlığı və həmrəyliyi artıracaq, regionumuzda yaşanan problemlərin həllində xarici müdaxilələrin təsirsiz hala gətirilməsinə imkan verəcək mühüm hadisədir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
O bildirib ki, Birgə Məkkə Müdafiə Sazişi ratifikasiya olunmaq üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyindədir: “Husi hücumlarının dayandırılması və mülki əhali arasında itkilərin qarşısının alınması məqsədilə bu sazişin müddəaları çərçivəsində bütün imkanlar səfərbər edilməlidir”.
Baxçalı vurğulayıb ki, Məkkə İttifaqının təməli Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanmış Bədr Anlaşma Memorandumu ilə daha möhkəmlənib.
“Türkiyənin müdafiə sənayesi sahəsində son illərdə əldə etdiyi mühüm nailiyyətlər bu yeni inkişaflar sayəsində dost və qardaş ölkələrin təhlükəsizlik ehtiyaclarının qarşılanmasına əhəmiyyətli töhfələr verəcək”, - o əlavə edib.