BAKI, 3 noyabr. TELEQRAF

Omanın Lima bölgəsi yaxınlığında ticarət gəmisinə hücum nəticəsində bir Hindistan vətəndaşı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hücum noyabrın 1-də baş verib.

Nazirlik bildirib ki, gəmidə olan 14 Hindistan vətəndaşından 13-ü xilas edilib.