BAKI, 4 noyabr. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Prezident ilkin nəticələrə görə, ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının məğlub olduğu aralıq seçkilərinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“İstər vicdanlarının səsinə qulaq asaraq, istərsə də yaşayış xərclərinin təzyiqi altında, Amerika xalqı müharibəyə “yox” dedi. Biz də bu mesajı təsdiqləyirik”, - Qalibaf vurğulayıb.
Spiker iddia edib ki, ABŞ hökuməti öz xalqının iradəsinə xəyanət edərsə, İranın cavabı Ağ Ev üçün kabusa çevriləcək.