BAKI, 3 noyabr. TELEQRAF

“İranın neft və yeraltı sərvətlərlə zəngin olduğu fikri doğru deyil”.

Teleqraf xəbər verir ki, bunu İranın Birinci vitse-prezidenti Məhəmmədrza Arif deyib.

“Yeraltı sərvətlərimizin ümumi dəyəri ABŞ-nin ümumi daxili məhsulundan xeyli azdır, təxminən Çinin ümumi daxili məhsuluna bərabərdir”, - o bildirib.

Məhəmmədrza Arif əlavə edib ki, bu sərvətlər yalnız bugünkü nəslə məxsus deyil və gələcək nəsillər üçün qorunmalıdır: “Bu sərvətlərdən yalnız qarşıdakı 50 il ərzində istifadə hüququmuza dair payı hesablasaq, həmin pay olduqca cüzi olacaq”.