BAKI, 3 noyabr. TELEQRAF
“İranın düşmənin hücumuna cavabı konkret coğrafi sərhədlərlə məhdudlaşmayacaq. Cavab məkan baxımından düşmənin hərbi bazalarında, İsraildə, hətta ABŞ ərazisində də verilə bilər”.
Teleqraf xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü Möhsün Heydəri deyib.
“İran İslam Respublikasının hərbi imkanları elə bir səviyyəyə çatıb ki, Vaşinqton da mümkün hədəflər sırasına daxil edilə bilər. Düşməndən təhlükə ehtimalı təsdiqləndikdə və hücuma hazırlaşdığı müəyyən edildikdə, silahlı qüvvələr düşmən hərəkətə keçməzdən əvvəl dərhal, təsirli və coğrafi sərhədlərlə məhdudlaşmayan cavab verməlidir”, - o bildirib.