BAKI, 3 noyabr. TELEQRAF

İranın Hörmüzqan əyalətinin Bəndər-Xəmir şəhərinin hava məkanında ABŞ-yə məxsus iki dron məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Hər iki dronun SEPAH-ın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.